Texnologiya

“iPhone 12” istifadeçilerinin nezerine: “Apple bütün dünya üzre bu smartfonları geri çağırır”


Apple şirketi qüsurlu iPhone 12 üçün dünya üzre geri çağırma proqramına başlayıb.

Simurq Festival Bu barede Appleinsider melumat yayıb. Amerika şirketi artıq ses problemi olan smartfonları geri qaytarmağa başlayıb. Birleşmiş Ereb Emirliklerinden (BEE) olan istehlakçılar ilk növbede problemlerden şikayet edibler. Apple, problemin iPhone 12 ve 12 Pro-nun çox kiçik bir hissesinde olduğunu söyledi.

Smartfonların geri çağırılması proqramı bütün dünyada işe salınıb. Şirketin senedlerine esasen, audio ile bağlı problemler qebuledici modulun komponentlerinin nasazlığı neticesinde yarana biler. Bu qüsur 2020-ci ilin oktyabrından 2021-ci ilin apreline qeder istehsal olunmuş iPhone 12 seriyasında aşkar edilib. iPhone 12 mini ve iPhone 12 Pro Max proqrama daxil deyil.

Müşviq Tofiqoğlu

Simurq Festival





Daha çoxu burada

Əlaqəli xəbər

Back to top button