Texnologiya

Bakcell ve “ASAN Mektub” yeni tedris ilinde uşaqları sevindirib


Yeni tedris ilinin başlanması ile elaqedar Bakcell ve ASAN Könüllüleri Gencede yaşayan azteminatlı ve veteran ailelerden olan uşaqlara hediyyeler teqdim etdiler. Kampaniyanın meqsedi, hessas qrupa mensub olan uşaqları sevindirmek, cemiyyetde sosial mesuliyyet ve qayğı hissini artırmaqdır.

“ASAN Mektub” sosial proqramı çerçivesinde heyata keçirilen bu teşebbüs neticesinde Bakcell www.asanmektub.az ünvanına mektub gönderen 24 uşağa mekteb levazimatları bağışladı.

Uzunmüddetli emekdaşlıq sayesinde Bakcell ve ASAN Mektub bir çox bayramlarda uşaqları sevindiren bir çox layihe heyata keçirmişler.

Nezere alın ki, Bakcell ASAN Mektub proqramına mobil destek de verir.

Bakcell, xüsusi qayğıya ehtiyacı olan ve hessas qruplara uşaqların desteklenmesi, onlara beraber hüquq ve inklüziv tehsil almaq imkanlarının verilmesine yönelmiş bir çox layihelerde feal iştirak edir.





Daha çoxu burada

Əlaqəli xəbər

Back to top button