Şou Biznes

Cavan Zeynallı: “O dueti Flora xanım başqa adamla oxumalı idi”


Xalq artisti Cavan Zeynallı “APA”ya müsahibe verib. Karyerasından ve şexsi heyatından danışan senetçi maraqlı açıqlamaları ile diqqet çekib.

Simurq Festival hemin müsahibeni teqdim edir:

– Bu yaxınlarda Qusardan istirahetden qayıtmısınız. İstirahetiniz nece keçdi?

– Qusarda bir gözel istirahet etdim ki… Qusar Azerbaycanın en gözel yerlerinden biridir. Qusarda olanda, mene ele gelir ki, İsveçredeyem. Qusarın havası, tebieti, suyu möhteşemdir.

1631021722 p

– Belke, Qusarı sizin gözünüzde bele möhteşem eden hem de heyat yoldaşınız Röya xanımın qusarlı olmasıdır?

– (gülür) O vaxt menden tez-tez soruşurdular ki, sen bakılı, Röya xanım qusarlı, nece oldu ki, siz evlendiniz? Men o vaxt bilmirdim ki, Qusar ele gözeldir, men orada fantastika gördüm. Dörd aydır, ordayam. Pandemiyaya göre indi işler dayanıb. Ona göre dörd aylıq Qusara getmişdim. Orada bizim bağımız var. Qusardakı sakitlik mene çox zövq verir. Ancaq başa düşdüm ki, musiqiçi kimi mene çox sakitlik olmaz. Mene oxumaq lazımdır. Ancaq harda? Konsertler yoxdur. Toylar açılıb, amma men de toylara geden deyilem. Çünki indi pandemiyaya göre veziyyet tehlükelidir.

– Bes adi vaxtlarda toylara gedirdiniz?

– Musiqiçi kimi toyları sevmirem, çünki eyni musiqiler çalanda menim qulağım ağrıyır, üreyim ağrıyır. “Lakkada çıkkada, çıkkada lakkada”, ne bilim “çal, çal bir hava çal…” Sevmirem bunları. Men klassika adamıyam.

– Amma “İstintaq” filminde mehz ele “Çal, çal bir hava çal” oxumusunuz.

– O kino idi, orada meni çağıranda soruşdum ki, hansı mahnı lazımdır, dediler, bu mahnı, men bunu oxudum. Bu arada men “İstintaq” ve “Park” filmi de daxil olmaqla, sekkiz filmde çekilmişem.

1631021906 aaa 7092 1631009516

– Flora xanımla duet kadrlarında geyindiyiniz kostyum “İstintaq”da geyindiyiniz ağ kostyumdur, elemi? Yoxsa, yanılıram?

– Yanılmırsan. Eledir ki, var. Hemin kostyumdur. Sonradan men kökeldim, o kostyum menim eynime olmadı. Hemin duet… Eslinde, o dueti Flora xanım başqa bir adamla oxumalı idi. Hemin müğenni xestelendiyi üçün duet alınmır. Flora xanım da deyir ki, belke Cavan Zeynallı oxusun. Men bu teklifi eşidende çox sevindim, ancaq çekindim de. Flora xanıma dedim ki, “Sizinle oxumağa qorxuram. Çünki sizin ferqli sesiniz var”. Oxuyanda ise Flora xanım başladı menim sesime göre sakit oxumağa. O başa düşdü ki, men onun sesinden qorxa bilerem. Esl oxuyanlar bilir ki, kiminle nece oxumaq lazımdır.

Men, ümumiyyetle, cavan vaxtı çox utancaq idim. Ancaq musiqi texnikumunda oxumağa başlayanda bu utancaqlıq keçdi. Bunun da sebebi var idi. Çünki orada Müslüm Maqomayev kimi bir adam oxuyurdu. O bir gün mene dedi ki, eşitmişem, siz herden pianino çalırsınız. Men evvelce çalmaqdan çekinsem de, sonradan ifa etdim. Men pianoda ifa edirdim, o oxuyurdu. Orada bir caz akkordunu eşiden kimi dedi ki, saxla, saxla. O akkordu tez mene göster. Müslüm de royalda ifa edirdi. Men ona hemin akkordu göstersem de, ifa ede bilmedi. Sonra dedi ki, gel, gedek bize, sen o akkordu mene yazarsan. Men de isteyirem, o akkordu bilim. Biz Müslümle yaxın dost idik.

– Sevildiyinizi hiss edirsiniz?

– Küçeye çıxanda çox yaxınlaşırlar, tanıyırlar. Bir de görürsen, marketde kassaya yaxınlaşıram, pulu vermek isteyende görürem ki, artıq kimse menim yerime pulu verib. Deyirem ki, bele şey olar, menim pulum var, axı.

1631021958 aaa 7111 1631010813

– Pulunuz heqiqeten var? Axı deyirler ki, caz pul getirmir.

– Men axı tekce caz ifaçısı deyilem. Toylara da gedirdim. Keçmişde de yaxşı qazanmışam. Filarmoniyada işleyende yaxşı maaş da alırdım.

– Caz ve Azerbaycan. Nece xarakterize ederdiniz bu münasibeti?

– İlk növbede onu deyim ki, iki ildir, pandemiya ile elaqedar olaraq Amerikada, Avropada da caz sahesinde durğunluq yaranıb. Caz ele şeydir ki, fasile verende, sonradan barmaqlara çetin olur. O ki qaldı Azerbaycandakı caza, o vaxt Bakıda “stilyaqalar” var idi. Onlar cazı bir başqa sevirdi. Bu xalqın Vaqif Mustafazade kimi bir cazmeni olub (Vaqifden ifa edir).

Bundan sonra ne demek olar? Azerbaycanlı cazmenler neinki tekce öz yaratdığı cazı, hem de dünya cazını ifa ede bilir. Parisde konsertlerden birinde Asenin mahnısını oxudum. Heç kim mene el çalmadı. Mene de qeribe geldi ki, bunlar niye el çalmadı? Sonra zaldan bir nefer gelib mene dedi ki, onlar şokdadır. Deyirler ki, siz Asenin özünden yaxşı ifa etdiniz. Men deyende ki, azerbaycanlıyam, inanmadılar. Men hemişe demişem ki, bir çox milletler Azerbaycan medeniyyetini hezm ede bilmir, hetta deyerdim ki, paxıllıq edirler. Azerbaycana gelende deyirler ki, Bakı ne gözeldir, bulvar ne gözeldir. Öz ölkelerine gedende ise eksini deyirler. Men dünyanın 72 ölkesinde olmuşam. Çox yaxşı bilirem bunları.

1631022052 aaa 7108 1631010784

– Paxıllıq demişken. Paxıllıqdan eziyyet çekmisiniz?

– Bütün ömrüm boyu. Paxıllıqdan bilirsen men ne qeder eziyyet çekmişem? Men hem oxuyurdum, hem de pianinoda çalırdım. Esas da hem çalıb, hem oxuya bilmeyime paxıllıq edirdiler. Axı, bu istedad Allah vergisidir. Vaqif Mustafazade niye 39 yaşında öldü, sence? Onu da paxıllıq öldürdü, paxıllıq…

– Vaqif Mustafazade ile dost olmusunuz?

– Vaqif Mustafazade meni çox sevirdi. Çünki o meni bilirdi. Bizim onunla ne qeder semimi münasibetimiz olsa da, men heç vaxt onun yanında pianinoda çalmırdım. Vaqif bir defe dedi ki, men kontrabasda çalacam, sen pianinoda çal. Ne qeder xahiş etsem de, qebul etmedi. Nese başladıq ifa etmeye. Yüngülvari başladım, ekstaza girenden sonra ise özümü saxlaya bilmedim (gülür). Vaqif başqa idi, o tamam başqa idi (yeniden ifa edir).

– Vaqif Mustafazadenin ailesi ile indi elaqeniz varmı?

– O vaxt Vaqifle de, ailesi ile de çox yaxşı münasibetim vardı. Ancaq on beş ildir, onlar mene zeng etmir, axtarmır. Mende de bele bir xasiyyet var ki, kim meni axtarmırsa, men de onu axtarmıram.

1631022117 aaa 7088 1631009845

– Bir müddet pedaqoji fealiyyetle de meşğul olmusunuz…

– Medeniyyet ve İncesenet Universitetinde 8 il müellim işlemişem. Çoxlu telebem olub. Men professional mahnıları öyredirdim, onlar çox yaxşı oxuyurdular, imtahanlardan da çox yaxşı keçirdiler. Bir gün telebelerimden biri mene dedi ki, “Siz bize professional mahnılar öyredirsiniz, ancaq bize toy mahnılarını öyrenmek lazımdır. İndi konsertler yoxdur, ancaq toya gede bilirik, ona göre de bize toy mahnılarını öyredin”. Telebenin bu sözü menim heç xoşuma gelmedi. Cavan Zeynallı axı toy mahnılarını bilmir.

-Axı, özünüz de toya gedirdiniz. Tutaq ki, toydasınız, Sizden bayağı mahnı oxumağınızı isteyirler. Neyniyirdiniz onda?

– Orkestr çalırdı, men de oturub çay içirdim. Cavan Zeynallı bayağı mahnı oxumayıb. Men çoxdandır, toya getmirem. Mene toy lazım deyil. Mene lazımdır ki, Azerbaycanın medeniyyeti yüksek seviyyede qalsın. Ancaq bayağı mahnı oxuyanlar müğenni deyil. Onlar başqa mahnı oxuya bilmediyi üçün bele mahnıları oxuyurlar. O mahnılar da heç kime lazım deyil.

– Toylara en çox çağırılanlar ele o bayağı mahnıları oxuyanlardır.

– Çünki başqa oxuyanlar yoxdur, menim kimi oxuyanlar yoxdur. Men niye axı gedib toy oxumalıyam? Pula göre? Ele bilirsiniz, “toydan qazanırıq” deyenler heqiqeten qazandıqlarını toydan qazanır? Boş söhbetdir, çoxu gösterişdir, çoxu yalandır.

– Size Bakı şansonun nümayendesi deye bilerik?

– O sözle qetiyyen razı deyilem. Kim çıxarıb axı bu sözü? Bakı şansonu e. “Şanson” – fransız sözüdür. Edit Pyaf, Şarl Aznavur, Mişel Leqran – bunlar şanson idi. Kim onu getirib Bakıya, kim onu salıb bizim dilimize, men bilmirem. Özlerini yüksek seviyyede göstermek üçün işledirler bu sözü. “Men şanson oxuyuram”. Hansı şanson, ne şanson? Bizde şanson oxuyan yoxdur.

– Bes, “Men şanson oxuyuram” deyenlerin oxuduğu nedir?

– Ay balam, şanson yoxdur Azerbaycanda. Harada “men şanson oxuyuram” deyen adam görsem, isteyirem ki, tutub onu döyüm.

– Cazın düneni ve bu gününü müqayise etsek?

– Dediyim kimi, iki ildir ki, bütün dünyada pandemiya ile elaqedar caz durğunlaşıb.

– Men tekce son iki ili nezerde tutmuram. Müsteqillik dövrü deyek. Lap götürek 2000-lerden beri.

– Her janrın öz illeri var. 60-cı, 70-ci illerde konservatoriyada Qara Qarayav, Cövdet Hacıyev, Soltan Hacibeyov kimi bestekarlar var idi. İndi o bestekarlardan yoxdur. 80-ci illerden beri durğunluq müşahide olunur. Bugünkü oxuyanlara baxın. Görün onlar oxuya bilirmi heç. Esl musiqi getdi.

– Söhbet cazdan gedir?

– Söhbet ümumiyyetle, musiqiden gedir, caz da daxil olmaqla. Men hemişe klassikanı sevmişem. Sonra gördüm ki, menim içimde caz da var. Çox maraqlıdır, o vaxtlar cazı çalırdım, ancaq oxumağa utanırdım. Çünki çox adam cazı başa düşmürdü. Gelib mene deyirdiler ki, Cavan ne gözel oxudun. Sonradan başa düşdüm ki, eslinde, ele deyenlerin çoxu cazı başa düşmür.

– Öz besteleriniz var?

– Elbette, var. Özü de bir çox bestelerime sözü heyat yoldaşım Röya xanım yazıb. Men herden oxuyuram öz bestelerimi. İndi deqiq hamısının adını xatırlamıram, amma öz bestelerim çoxdur.

– Bilirik ki, siz “Qaya” qrupunda da çalışmısınız. Ancaq nedense “Qaya”nın üzde olan kadrlarında, ses yazılarında siz yoxsunuz. Niye?

– Ona göre ki, men “Qaya”ya geldiyim dövrde qrup artıq televiziyalara o qeder de çox çıxmırdı, ancaq qastrollarda olurdu. Qastrolda olan kollektiv ise heç kimin yadına düşmürdü. Buna göre de görüntüler yoxdur.

– Bes ses yazıları?

– Men “Qaya”ya 1979-cı ilde gelmişem. Onlar menden qabaq “Ey heyat, sen ne qeribesen” mahnısını oxumuşdular. Men qrupa gelenden sonra bedii rehber dedi ki, gel seninle de bu mahnını oxuyaq. Men de sevine-sevine razılaşdım ki, artıq bu mahnıda menim de sesim olacaq. Hetta oturduq faytona, birinci versiyada olduğu kimi mahnıya klip çekdik. Bir il keçdi, iki il keçdi, gördüm ki, o kadrlar heç yerde yoxdur. Studiyaya zeng edib bunun sebebini soruşanda dediler ki, siz olan versiyanı çıxardılar, çıxaranda da dediler ki, yeniden qaytaracağıq, qaytarmadılar. Bu da sualının cavabı.

– Demeli, kimlerese Cavanın sesinin orda olmağı serf etmirdi…

– Paxıllıq…

1631022347 aaa 7089 1631009874

– Kim olduğunu bilirdiniz?

– Elbette, bilirdim. Amma indi onlardan heç danışmaq istemirem. Menim o qrupda yerim başqa idi. Qrupun yükselmesinde menim de rolum olub. Çünki men hem ifa edirdim, hem de oxuyurdum. Ele olurdu ki, konsertlere qrupdan ayrı çıxırdım, ayrı kostyum geyinirdim.

– Qrupdan ayrı niye oxuyurdunuz ki?

– Çünki sesim mene solo oxumaq imkanı verirdi.

– Bugünkü genclerden kimleri dinleyirsiniz?

– Düzü, genclere az qulaq asıram. Çünki genclerin çoxu axtarışdadır. Ümumiyyetle, menim musiqi dinlemeyim bir az başqa cürdür. Ele olur ki, bir ay musiqi dinlemirem, radionu bele açmıram. Radio demişken, bezen radio dinleyende bir meqam diqqetimi çekir. Niye aparıcılar radioda seslenen ifaçının adını demir? Herden mene ele gelir ki, onlar ifaçıların adını bilmir.

– Siz de her şeyden narazısınız…

– Niye narazıyam? Men musiqiçiyem, musiqiçi. Menim öz kriteriyalarım var. Çox narazıyam çox.

– Sizce, musiqiçi üçün musiqi tehsili ne qeder vacibdir?

– 17 il musiqi tehsil almışam. Ancaq men deyerdim ki, eger istedad varsa, tehsil almağa o qeder ehtiyac yoxdur. Size bir şey deyim. Konservatoriyada oxuyanda mene zeng elediler ki, seni Reşid Behbudov axtarır. Men de cavab verdim ki, bu ne zarafatdır edirsiniz, Reşid meni hardan tanıya biler? Öyrenende ki, zarafat deyil, getdim onun yanına. O vaxt men telebe idim, Reşidin ise 35 yaşı vardı. Dedi ki, seni ona göre çağırmışam, seninle ona göre işlemek isteyirem ki, sen konservatoriyada oxuyursan. Amma konservatoriya oxumasa da, Reşid Behbudov ele Reşid Behbudov idi. Men bununla demek isteyirem ki, eger istedad varsa, konservatoriya-filan lazım deyil.

Men musiqi mektebine gedende ilk dersde müellim dedi ki, sen musiqiçi olmalısan. Eslinde, birinci skripka ile başlamışam, ancaq sonradan mende skripka alınmadı. Çünki men çox arıq idim. Skripkanı elimde saxlamaq bele menim üçün çetin idi. Daha sonra pianinoya keçdim. Musiqi mektebini bitirdikden sonra Asef Zeynallı adına texnikuma qebul oldum. Onda hamı soyadıma göre ele bilirdi ki, men Asef Zeynallının qohumuyam (gülür).

– Addan söz düşmüşken, sizin esl adınız Cavanşirdir. “Şir”i ne eceb çıxarmısınız?

– Demeli, bir defe “Qaya” ansamblı ile qastrola getmişem. Meni sehnede elan edirler. Cavanşir Zeynallı. O vaxt şekil çekdirmek yox idi, çox vaxt avtoqraf götürürdüler. Görürem ki, qızlar menden başqa hamıdan avtoqraf götürürler, bütün qızlar menden qaçır. Demek olar ki, bütün qastrollarda bu hal yaşanırdı. Bunun niye bele olmağı özüme de maraqlı geldi. Qızın birini saxlayıb, soruşdum ki, menden niye qaçırsınız? O da dedi ki, adınızı bir de deye bilersinizmi? Men de adımı dedim: Zeynallı Cavanşir Mirzememmed oğlu. Qız adımı eşiden kimi qaçdı. Men de dedim “ne olar, adımı qısaldaram”. Ondan sonra adımı qısaltdım ki, menden qaçmasınlar. Belece, Cavanşir oldu Cavan. Cavan olandan sonra başladılar menden de avtoqraf götürmeye. Hele o vaxt Aygün Kazımova deyirdi ki, müğenninin adı gerek qısa olsun. Qısa adlara hem öyreşmek rahatdır, hem de yadda saxlamaq. Eslinde, Cavanşir de gözel addır.

– Beş il Rusiyada yaşamısınız. Niye qayıtdınız?

– Atam xestelenenden sonra qayıtmalı oldum. O deyirdi ki, gel, birden mene nese olar, sen meni görmezsen. Geldim. Halbuki orada men merkezi restoranlarda oxuyurdum, yaxşı da qazanırdım.

– Sonradan peşman olmadınız ki?

– Yox, yox. Yaxşı ki bele de oldu. Menim doğma torpağım buradır. Ancaq bir şey deyim. Bezen mene ele gelir ki, öz insanlarımız mene layiq olduğum qiymeti vermir. Düzdür, sevirler, Cavan Zeynallı deyende şirin danışığımdan, zarafatlarımdan danışırlar, deyirler ki, Cavan yaxşı oğlandır, ancaq çalıb-oxumağımı, senetimi… İsteyirem ki, onlar başa düşsünler Cavan kimdir. Bir de görürsen ki, televizorda sorğu keçirirler ki, en sevdiyiniz ifaçı kimdir? Biri de Cavan Zeynallı demir. Niye menim adımı çekmediklerini soruşan olsa, deyecekler ki, o, caz oxuyur. “Qoca qartal” cazdır? “Çıx qatar yoluna” cazdır?

– “Qoca Qartal” mahnısı sizin ruhunuza yad deyildi?

– O vaxt Eldar Mansurov mene zeng edib dedi ki, mende bele bir mahnı var, ne qeder müğenniye gösterdim, oxumaqdan imtina etdiler ki, çetin mahnıdır. Sen onu oxuyarsan? Men mahnını eşidende dedim ki, heqiqeten ağır mahnıdır. Ancaq oxudum. Ne yalan deyim, oxuduğum xoşuma gelmedi. Heç mahnının adı da xoşuma gelmemişdi. Ancaq sonra bu mahnı menim xoşuma gelmeye başladı.

– Cavan “Qoca Qartal” kimi yaşamadı axı, deyesen?

– Bilirsen, menim içimde qartallıq hemişe olub, ancaq men üze çıxarmamışam onu. Çünki men yaşadıqca başa düşdüm ki, o qartalı çıxarmaq lazım deyil. Men de ancaq senetde qartal ola bildim… 

Simurq Festival





Daha çoxu burada

Əlaqəli xəbər

Back to top button