Şou Biznes

Azerbaycanlı şehid övladlarının Türkiyeni ağladan mesajı


Bir neçe gün evvel Azerbaycan Respublikası Müdafie Nazirliyi ve Gencler ve İdman Nazirliyinin desteyi ile Böyük Veten Müharibesinde şehid olan qehreman uşaqları üçün “Atam qehremandır” adlı tedbir teşkil edildi.

Simurq Festival Tedbirin meqsedi torpaqlarımız uğrunda canlarını qurban veren şehidlerin xatiresini anmaq, övladlarına xalqın qayğısının daimi olacağını hiss etdirmek idi.

Tedbirin fexri qonağı xalq artisti Röya Ayxan olub. Senetçi uşaqlarla birlikde “Zefer Marşı” nı seslendirib.

Daha sonra qardaş ölkede, Türkiyede baş veren tebii felaketi unutmayan iştirakçılar ellerinde türk bayraqları tutaraq – “Birlikde sen böyüksen, Sen eşqsen, eşqsen – Azerbaycan -Türkiye! Ruhumuz yanır, qelbimiz yanır, biz seninleyik, Türkiye “deye qışqırdılar.

Şehid övladlarına verilen bu destek mesajı Türkiye mediasının gündeminde idi. Qardaş ölkenin bir çox media orqanları “Azerbaycanlı şehid uşaqlarının Türkiyeye mesajı” başlığı altında meqale ve xeberler derc edibler.

Simurq Festival

QALEREYA





Daha çoxu burada

Əlaqəli xəbər

Back to top button