Sosial

Bu gün Veten müharibesi şehidi Terlan Atakişiyevin doğum günüdür


Baş leytenant Atakişiyev Terlan Dergah oğlu Azerbaycan Ordusunun 44 günlük Veten Müharibesinde yazdığı qehremanlıq dastanının iştirakçılarından ve şehidlik zirvesine ucalan esgerlerden biridir.

Azerbaycan torpaqlarının azad edilmesinde böyük payı olan qehremanımız Füzuli rayonu istiqametinde geden döyüşlerde şehid olub.

Şehid Terlan Atakişiyev 23 fevral 1977 -ci ilde Şamaxı rayonunun Göyler kendinde anadan olub. 1983-1992-ci illerde Göyler kend liseyinde, 1992-1994-cü illerde Nerimanov rayon Kimya-Biologiya mekteb-liseyinde tehsil alıb. Ali tehsilini 1994-1998-ci illerde Azerbaycan Dövlet Neft ve Senaye Universitetinde almışdır.

Terlan Atakişiyev 1998 -ci ilde ordu sıralarına çağırılıb.
1998-2000-ci illerde Azerbaycan Silahlı Qüvvelerinin “N” saylı herbi hissesinde “leytenant” herbi rütbesinde xidmet etmişdir.

Azerbaycan Ordusunun leytenantı Terlan Atakişiyev 27 sentyabr 2020 -ci ilde başlayan ve Veten Müharibesi dövründe Füzulinin azad edilmesi uğrunda ermeni işğal altında olan torpaqların azad edilmesi ve Azerbaycanın erazi bütövlüyünün berpası uğrunda döyüşlerde iştirak etmişdir.

Terlan Atakişiyev 24 oktyabrda Füzuli döyüşlerinde şehid olub. Şamaxı rayonunun Göyler kendinde defn edilib.

Azerbaycan Prezidenti İlham Eliyevin tapşırığına esasen, Terlan Atakişiyevin ölümünden sonra “Veten uğrunda”, “Füzulinin azad edilmesine göre” ve “Qüsursuz xidmete göre” medalları verildi.

Simurq Festival

VİDEO





Daha çoxu burada

Əlaqəli xəbər

Nəzər yetirin
Close
Back to top button