Sosial

Birinci vitse-prezident Mehriban Eliyevanın doğum günüdür


Bu gün Azerbaycanın Birinci vitse-prezidenti, Heyder Eliyev Fondunun ve Azerbaycan Medeniyyet Fondunun prezidenti, UNESCO ve ISESCO-nun xoşmeramlı sefiri Mehriban Eliyevanın doğum günüdür.

Eliyeva Mehriban Arif qızı 1964-cü il avqustun 26-da Bakı şeherinde ziyalı ailesinde anadan olub.

1981-ci ilde Bakı şeheri 23 №-li orta mektebi qızıl medalla bitirerek, N.Nerimanov adına Azerbaycan Dövlet Tibb İnstitutunun müalice-profilaktika fakültesine daxil olub.

1988-ci ilde İ.M.Seçenov adına Birinci Moskva Dövlet Tibb İnstitutunu ferqlenme diplomu ile bitirib.

1988-1990-cı illerde İ.M.Seçenov adına Birinci Moskva Dövlet Tibb İnstitutunda “Göz xestelikleri” ixtisası üzre kliniki ordinatura keçmişdir.

1990-1995-ci iller erzinde Moskvada akademik Krasnovun rehberliyi altında Göz Xestelikleri Elmi-tedqiqat İnstitutunda işleyib.

1995-ci ilde Mehriban Eliyevanın teşebbüsü ile hazırda onun rehberlik etdiyi Azerbaycan Medeniyyet Fondu tesis olunub.

1996-cı ilde Mehriban Eliyeva Azerbaycan medeniyyetinin geniş tebliğ olunması meqsedile üç dilde (Azerbaycan, ingilis ve rus) çap olunan “Azerbaycan – İrs” jurnalını tesis edib.

2002-ci ilin oktyabrın 7-de Azerbaycan Gimnastika Federasiyasının (AGF) prezidenti seçilib. Hemin ilde AGF-nin fealiyyetine 4 gimnastika növünün inkişafı daxil idise, bu gün ölkemizde artıq 9 gimnastika növü inkişaf etdirilmekdedir. Gimnastlarımız Olimpiya Oyunlarında iştirak etmiş, Dünya ve Avropa Çempionatlarının mükafatçıları olmuşlar. Azerbaycanda gimnastika növleri üzre 17 Dünya Kuboku yarışları, 2 Dünya Çempionatı, 5 Avropa Çempionatı uğurla teşkil edilmişdir. 2014-cü ilden etibaren ise dünyada nadir idman tikililerinden hesab olunan Milli Gimnastika Arenası gimnastlarımızın meşq etmesi ve yarışların keçirilmesi üçün istifadeye verilmişdir. Herterefli inkişafa üstünlük vermekle Mehriban Eliyevanın heyata keçirdiyi inkişaf strategiyası neticesinde, hazırda Azerbaycanın 18 bölgesinde gimnastika bölmeleri fealiyyet gösterir. 6 il ardıcıl olaraq AGF-nin Beynelxalq Gimnastika Federasiyası terefinden mükafatlandırılan 10 milli federasiyanın reytinq siyahısına düşmesi ve son 3 il erzinde bu siyahıya liderlik etmesi, onun yüksek teşkilatçılıq qabiliyyeti ve beynelxalq alemde artmaqda olan nüfuzunun bariz nümunesidir.

Mehriban Eliyeva Azerbaycan xalqının ümummilli liderinin zengin irsinin öyrenilmesi ve hemçinin Heyder Eliyevin yaratdığı milli dövletçilik ideyalarını yeni nesillere daim aşılamaq meqsedi ile yaradılan Heyder Eliyev Fonduna rehberlik edir. 2004-cü il may ayının 10-da Heyder Eliyev Fondunun resmi açılışı olub.

2004-cü il avqustun 13-de Azerbaycanın şifahi xalq edebiyyatının ve musiqi irsinin qorunub saxlanılması ve inkişaf etdirilmesi sahesindeki yorulmaz seylerine göre Mehriban Eliyeva UNESCO-nun Xoşmeramlı sefiri adına layiq görülüb.

2004-cü il dekabrın 28-de Mehriban Eliyeva Azerbaycan Respublikası Milli Olimpiya Komitesinin IV Baş Meclisinde MOK-un İcraiyye Komitesine üzv seçilib.

2004-cü ilden Yeni Azerbaycan Partiyası Siyasi Şurasının üzvüdür.

2005-ci ilin martında Mehriban Eliyeva “2004-cü ilin ictimai xadimi” nominasiyası üzre “Caspian Energy İntegration Award-2005” beynelxalq mükafatına layiq görülüb.

2005-ci ilde Azerbaycanda keçirilen sosioloji sorğuya esasen, Mehriban Eliyeva “İlin qadını” adına layiq görülüb.

2005-ci il iyunun 9-da ictimai, mesenatlıq ve xeyriyyeçilik fealiyyetine göre, tehsil ve medeniyyet müessiselerinin desteklenmesine, Rusiya ve Azerbaycan xalqları arasında dostluğun möhkemlenmesine sanballı töhfelerine göre Rusiyanın “Yüzilliyin mesenatları” Beynelxalq Xeyriyye Fondunun “Yaqut Xaç” ordenine layiq görülüb.

2005-ci ilde “Evtanaziya ve tebabetde humanizm problemi” mövzusunda dissertasiya işi müdafie edib ve felsefe elmleri namizedi alimlik derecesi alıb.

2005-ci il noyabrın 6-da Milli Meclise keçirilen seçkilerde namizedliyi Yeni Azerbaycan Partiyası terefinden 14 saylı Ezizbeyov (indiki Xezer) ikinci seçki dairesinden ireli sürülmüş Mehriban Eliyeva 92.12% (23106 ses) ses toplayaraq deputat seçilib.

Milli Qehreman Çingiz Mustafayev Fondu ve ANS Şirketler Qrupu ölkemizin tehsil sisteminin inkişafında xidmetlerine, milli medeni irsimizin qorunub saxlanılmasına ve dünyada tebliğine, xarici ölkelerde xalqımızın müsbet imicinin möhkemlenmesi üçün gördüyü işlere, bedii gimnastika üzre 27-ci dünya çempionatının respublikamızda yüksek seviyyede hazırlanıb keçirilmesine, genişmiqyaslı xeyriyyeçilik fealiyyetine göre Mehriban Eliyevanı “2005-ci ilin adamı” elan edib.

Mehriban Eliyeva medeni-menevi deyerlerin qorunub saxlanmasına verdiyi töhfelere göre 2006-cı ilin martında BMT-nin Ümumdünya Eqli Mülkiyyet Teşkilatının (WIPO) qızıl medalına layiq görülüb.

Sivilizasiyalararası dialoq daxil olmaqla, müxtelif sahelerde genişmiqyaslı ve fedakar fealiyyetine, qayğıya ehtiyacı olan uşaqlara diqqetine, onların yaşayış şeraitinin yaxşılaşmasına, tehsile, hemçinin islam aleminde görülen işlere böyük desteyine göre Mehriban Eliyeva 2006-cı il noyabrın 23-de ISESCO-nun Xoşmeramlı sefiri adına layiq görülüb.

Dünya Sehiyye Teşkilatı (WHO) İcraiyye Komitesinin 2007-ci il yanvarın 29-da Cenevrede keçirilen 120-ci sessiyasının yekdil qerarı ile Mehriban Eliyeva ana, uşaq ve aile sağlamlığının qorunması ve möhkemlenmesi işinde müstesna xidmetlerine göre bu beynelxalq teşkilatın mükafatına layiq görülüb.

Genişmiqyaslı xeyriyyeçilik fealiyyetine, beşeriyyetin ali ideallarına xidmet sahesinde yüksek nailiyyetlerine göre 2007-ci ilin mayında Mehriban Eliyeva “Qızıl ürek” beynelxalq mükafatına layiq görülüb.

Azerbaycan Respublikasının Prezidentinin 2009-cu il 5 may tarixli serencamı ile Mehriban Eliyeva Azerbaycan Respublikasının ictimai-siyasi ve medeni heyatında semereli fealiyyetine göre Heyder Eliyev Mükafatı ile teltif edilib.

2009-cu il sentyabrın 14-de Azerbaycan ile Polşa arasında dostluq münasibetlerinin inkişafındakı xidmetlerine göre Mehriban Eliyeva Polşa Respublikasının “Xidmetlere göre” Böyük Komandor Xaçı ordeni ile teltif edilib.

2010-cu il fevralın 15-de Mehriban Eliyeva Fransaya münasibetde gösterdiyi xidmetlerine ve nümayiş etdirdiyi sadiqliyine göre Fransa Respublikası Prezidentinin Serencamı ile “Şeref Legionu” ordeninin zabit derecesi ile teltif edilib.

2010-cu il iyulun 30-da Mehriban Eliyevaya UNESCO-nun “Qızıl Motsart” medalı teqdim edilib.

2010-cu il noyabrın 7-de Milli Meclise keçirilen seçkilerde namizedliyi Yeni Azerbaycan Partiyası terefinden 14 saylı Xezer ikinci seçki dairesinden ireli sürülmüş Mehriban Eliyeva 94,49% (31797 ses) ses toplayaraq deputat seçilib.

2011-ci il iyunun 24-de Mehriban Eliyevaya Krans Montana Forumunun Qızıl medalı, 2012-ci il iyunun 29-da ise “Prix de la Fondation” mükafatı teqdim edilib.

2012-ci il fevralın 13-de Mehriban Eliyeva Rusiya Federasiyasının İ.M.Seçenov adına Birinci Moskva Dövlet Tibb Universitetinin Fexri professoru adına layiq görülüb.

2012-ci il aprelin 13-de Mehriban Eliyevaya MDB iştirakçısı olan dövletlerin Humanitar Emekdaşlıq Şurası (HCC) ve MDB iştirakçısı olan ölkelerin Dövletlerarası Humanitar Emekdaşlıq Fondu (IHCF) terefinden “Birlik Ulduzları” dövletlerarası mükafatı teqdim edilib.

2012-ci ilde Mehriban Eliyeva “merhemetine, xeyirxahlığına, xalqların rifahı namine yorulmaz fealiyyetine ve kazaklara gösterdiyi kömeye göre” Azerbaycan Kazaklar İttifaqı terefinden ali “Kazak şöhreti” (“Kazatskaya slava”) mükafatına layiq görülüb.

2012-ci il dekabrın 8-de Avropa Olimpiya Komitesi Baş Assambleyası 2015-ci ilde I Avropa Oyunlarının Bakıda keçirilmesi haqqında qerar qebul edib. Birinci Avropa Oyunlarını yüksek seviyyede keçirmek meqsedi ile 2013-cü il yanvarın 17-de Teşkilat Komitesi yaradılıb ve onun sedri Mehriban Eliyeva teyin olunub.

2013-cü ilin yanvarında Pakistanın nüfuzlu “Daily Times” qezeti ve Qadın Könüllüler Teşkilatı Mehriban Eliyevanı “Humanizm simvolu – 2012-ci ilin adamı” elan edib.

2013-cü il iyunun 7-de Yeni Azerbaycan Partiyasının sedr müavini vezifesine seçilib.

2013-cü il dekabrın 27-de Mehriban Eliyeva Pakistanın “Şehid Benazir Bhutto Qadın Mükemmelliyi Mükafatı – 2013” mükafatına layiq görülüb.

Fransanın Ereb Medeni İrsi Merkezi ve Misirin “Nefertiti Media Productions” şirketinin 2013-cü il martın 8-den 2014-cü il yanvarın 10-dek birge keçirdiyi sorğunun neticesine göre, Mehriban Eliyeva 2014-cü ilin en nüfuzlu qadını adına layiq görülüb.

2014-cü ilin mayında Mehriban Eliyeva sivilizasiyalararası dialoqa verdiyi töhfelere, hemçinin Almaniyada türk dünyasının tanıdılmasına, Azerbaycan-Almaniya elaqelerinin inkişafındakı xidmetlerine göre Türk-Alman Dostluq Federasiyasının fexri mükafatına layiq görülüb.

Azerbaycanın ictimai, sosial ve medeni heyatında feal iştirakına, cemiyyetin dinamik inkişafına verdiyi mühüm töhfelere, Azerbaycan medeniyyetinin dünyada tebliği sahesinde evezsiz xidmetlerine, hemçinin ümumdünya medeni irsinin qorunub saxlanması işine herterefli desteyine, sosial edalet ve humanizm prinsiplerine sadiqliyine göre “The Business Year” jurnalı terefinden 2014-cü ilin mayında “İlin Birinci Xanımı” mükafatına layiq görülüb.

2014-cü ilin iyununda Olimpiya deyerlerinin tebliğindeki xidmetlerine göre Beynelxalq Olimpiya Akademiyasının “Olympic Excellence” xüsusi fexri mükafatı ile teltif olunub.

2014-cü ilin avqustunda “Heşterxan vilayeti qarşısında xidmetlerine göre” ordeni ile ve İslam medeni irsinin dünyada geniş tebliği, Azerbaycanda ve ölke hüdudları xaricinde necib xeyriyye fealiyyeti, tehsile, tibbe verdiyi böyük töhfelere göre Küveyt Dövletinin Fexri diplomu ile teltif olunub.

2015-ci il fevralın 11-de Pakistan İslam Respublikasının “Hilal-e Pakistan” ali ordeni ile teltif olunub.

2015-ci il martın 26-da Mehriban Eliyeva Serbiya qarşısında ictimai, medeni ve humanitar sahelerde xüsusi xidmetlerine göre Serbiya Respublikasının yüksek dövlet mükafatı – “Sreten” ordeni ile teltif edilib.

Azerbaycan Respublikasının Prezidenti İlham Eliyevin 2015-ci il 29 iyun tarixli serencamı ile Mehriban Eliyeva Azerbaycan Respublikasında medeniyyetin, tehsilin, sehiyyenin ve idmanın inkişafında semereli fealiyyetine, Azerbaycan xalqının medeni irsinin beynelxalq miqyasda geniş tebliğine ve birinci Avropa Oyunlarının teşkilinde böyük xidmetlerine göre “Heyder Eliyev” ordeni ile teltif edilib.

2015-ci il noyabrın 1-de Milli Meclise keçirilen seçkilerde namizedliyi Yeni Azerbaycan Partiyası terefinden 14 saylı Xezer seçki dairesinden ireli sürülmüş Mehriban Eliyeva 96,7% (38 029 ses) ses toplayaraq deputat seçilib.

Milli Qehreman Çingiz Mustafayev Fondu ve ANS Şirketler Qrupu “Bakı-2015” birinci Avropa Oyunlarının yüksek seviyyede teşkili ve keçirilmesinde oynadığı müstesna rola, Azerbaycanın müsbet imicinin dünyada tanıdılması istiqametinde gösterdiyi genişmiqyaslı fealiyyete, Azerbaycan ve dünya medeniyyetinin qarşılıqlı inteqrasiyası üçün gördüyü işlere, ölkede multikulturalizm mühitinin formalaşdırılmasındakı töhfelere ve ardıcıl xeyriyyeçilik fealiyyetine göre Mehriban Eliyevanı “2015-ci ilin adamı” elan edib.

2016-cı il yanvarın 21-de Avropada idmanın inkişafında gösterdiyi xüsusi xidmetlere göre Avropa Olimpiya Komitelerinin İcraiyye Komitesinin qerarı ile Avropa Olimpiya Komitelerinin en yüksek mükafatı olan Ali Orden Mehriban Eliyevaya teqdim edilib.

2016-cı il martın 6-da Mehriban Eliyeva “Macarıstanın Xidmetlere göre Komandor Xaçı” ordeni ile teltif edilib.

2016-cı ilde Bakıda keçirilen Dünya Azerbaycanlılarının IV Qurultayında Dünya Azerbaycanlılarını Elaqelendirme Şurasının üzvü seçilib.

2016-cı il sentyabrın 22-de Bolqarıstanın Veliko Tırnovo şeherinin medeni irsinin qorunmasındakı xidmetlerine göre Mehriban Eliyevaya şeherin fexri vetendaşı diplomu ve döş nişanı teqdim edilib.

2016-cı il sentyabrın 22-de Bolqarıstanın medeni irsinin qorunmasına ve teşviqine böyük töhfesine, bu işde feal iştirakına göre Mehriban Eliyeva Müqeddes Kiril ve Mefodiy adına Veliko Tırnovo Universitetinin fexri doktoru diplomu ile teltif olunub.

2017-ci il fevralın 21-de Prezident İlham Eliyevin serencamı ile Mehriban Eliyeva Azerbaycanın Birinci vitse-prezidenti teyin edilib.

Bu teyinatla elaqedar 6 mart 2017-ci il tarixinde V çağırış Azerbaycan Respublikası Milli Meclisinin deputatı Mehriban Eliyevanın deputat selahiyyetlerine xitam verilib.

2017-ci il iyunun 2-de Azerbaycan Memarlar İttifaqının fexri üzvü seçilib. Azerbaycan memarlıq irsinin qorunub saxlanılmasında fealiyyetine ve bu saheye verdiyi töhfelere göre Mehriban Eliyeva “Akademik Mikayıl Hüseynov” xatire medalı ile de teltif olunub.

2017-ci il dekabrın 26-da Rus Pravoslav Kilsesine gösterdiyi kömeye ve Heşterxan şeherinin abadlaşdırılmasına qayğısına göre Mehriban Eliyevaya II dereceli Müqeddes Meleksima Knyaginya Olqa ordeni teqdim edilib.

2018-ci il martın 15-de qlobal layihelerin, tehsilin, elmin ve medeniyyetin inkişafına verdiyi töhfelere göre Nizami Gencevi Beynelxalq Merkezinin qızıl medalı Mehriban Eliyevaya teqdim edilib.

2018-ci il iyulun 18-de İtaliya Respublikasının “Xidmetlere göre” Böyük Xaç Kavaleri ordeni Mehriban Eliyevaya teqdim edilib.

2018-ci il sentyabrın 22-de Mehriban Eliyevaya idman aleminde ve “Edaletli oyunlar”ın tebliğinde nümunevi nailiyyetlerine göre Beynelxalq Edaletli Oyunlar Komitesinin “Xüsusi xidmetlere göre” medalı teqdim olunub.

2019-cu il yanvarın 18-de Mehriban Eliyeva dahi bestekar, müasir Azerbaycan musiqi senetinin banisi Üzeyir Hacıbeylinin zengin irsinin qorunub saxlanılması ve gelecek nesillere çatdırılmasına verdiyi evezsiz töhfelere göre Azerbaycan Bestekarlar İttifaqının tesis etdiyi “Üzeyir Hacıbeyli” fexri medalı ile teltif edilib.

2019-cu il avqustun 13-de Mehriban Eliyeva Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Fermanı ile Azerbaycan-Rusiya münasibetlerinin inkişaf etdirilmesi ve möhkemlendirilmesindeki xidmetlerine göre Rusiyanın “Dostluq” ordeni ile teltif olunub.

2020-ci il fevralın 22-de medeniyyetin, o cümleden Müqeddes Taxt-Tac tesisatları ile qarşılıqlı elaqelerin inkişafına verdiyi töhfelere göre Mehriban Eliyevaya Papa Cengaver Ordeninin en ali derecesi – IX Piy Ordeninin Böyük Xaçı teqdim edilib.

2021-ci il martın 5-de Yeni Azerbaycan Partiyasının Sedri İlham Eliyevin Serencamı ile partiya sedrinin birinci müavini teyin edilib.

Ailelidir. İki qızı, bir oğlu, beş nevesi var.

Simurq Festival





Daha çoxu burada

Əlaqəli xəbər

Back to top button