Şəhidlərimiz

Şehid mayor Rüfet Esgerovun doğum gününde xatiresi anıldı — VİDEO


Böyük Veten Müharibesinde qehremancasına döyüşen ve şehidlik zirvesine ucalan mayor Rüfet Esgerov doğum gününde anılıb.

Simurq Festival xeber verir ki, bu barede Müdafie Nazirliyi melumat yayıb.

Qeyd edilib ki, anım merasiminde şehidin ailesi, dostları, yoldaşları ve herbçileri, elece de Müdafie Nazirliyinin emekdaşları, Xetai Rayon İcra Hakimiyyetinin nümayendeleri ve ictimaiyyet iştirak edib.

Evvelce merasim iştirakçıları 2 -ci Fexri Xiyabanda defn olunan qehremanımızın mezarını ziyaret etdiler ve mezarı önüne gül desteleri qoydular.

Torpaqlarımızın suverenliyi, erazi bütövlüyü ve azadlığı uğrunda şehid olan şehidlerimizin xatiresi bir deqiqelik sükutla yad edildi. Dövlet himni seslendirildi.

Hezi Aslanov adına Ordu İdeoloji ve Medeniyyet Merkezinde keçirilen anım merasiminde şehid zabitin şerefli ömür yolundan, torpaqlarımızın azad edilmesi uğrunda gösterdiyi qehremanlıq mübarizesinden, cesaret ve qorxmazlığından, vetenine, torpağına ve xalqına bağlılığından behs edildi. Çıxış edenler Rüfet Esgerov kimi vetenperver oğullarımızın xalqımızın yaddaşında ebedi yaşayacağını ve onun kimi qehremanlarımızın qehremanlığının genc nesil üçün nümune olduğunu vurğuladılar.





Daha çoxu burada

Əlaqəli xəbər

Back to top button