Şəhidlərimiz

Atası Füzulide, özü Kelbecerde şehid oldu – FOTO


Xeber verdiyimiz kimi, dünen Ermenistan Silahlı Qüvveleri Basarkeçer bölgesindeki mövqelerinden Ermenistan-Azerbaycan serhedinin Kelbecer bölgesindeki Azerbaycan Ordusunun mövqelerini ateşe tutub.

Beyleqan rayonunun Qehremanlı qesebe sakini, 1993-cü il tevellüdlü Yaqublu Ferman Telman oğlu qarşı terefden snayper ateşi neticesinde öldürüldü.

Simurq FestivalAPA xeber verir ki, Şehid Ferman Yaqublu 44 günlük Veten müharibesinde iştirak edib.

Azerbaycan torpaqlarının azadlığı uğrunda döyüşlerde feal iştirak eden qehreman, Prezident İlham Eliyevin 29 dekabr 2020-ci il tarixli serencamı ile “Kelbecerin azadlığı üçün” medalı ile teltif edildi.

Yaqublunun atası Yaqubov Telman Ferman oğlu da Qarabağda öldürüldü.

Melumata göre, Telman Yaqubov Beyleqanın Birinci Şahseven kendinde anadan olub. 1992-ci ilde Birinci Qarabağ müharibesi dövründe ordu sıralarına gönderilib. Füzuli istiqametinde – Kerimbeyli, İşıqlı, Qorqan kendlerinde. Füzuli bölgesinde düşmen güllesi ile öldürüldü.





Daha çoxu burada

Əlaqəli xəbər

Back to top button