Sağlamlıq

“Xanımlara deyirem ki, erinizi qadınla tutsanız, şükür edin” – Qalmaqallı psixoloq


Tez-tez qalmaqallı fikirleri ile gündeme gelen psixoloq Samire Bağırova müsahibe verib.

Simurq Festival hemin müsahibeni teqdim edir:

– Bele bir deyim var ki, derzi öz söküyünü tike bilmez. Siz psixoloq kimi bir çox insanın menevi melhemi olursunuz. Bes özünüz? Yeni psixoloqun da psixoloqa ehtiyacı olduğu anlar olurmu?

– Normal bir insana psixoloq lazımdırsa, psixoloqun özüne iki psixoloq lazımdır. Hem şexsi heyatı ile bağlı, hem de ona müraciet edenlerin yükünü daşımalıdır axı… Hetta diger ölkelerde bele bir mesele var – psixoloq ay erzinde supervizorlara müraciet etmelidir, eks halda, cinayet işi açılır. Çünki sonu intiharla neticelene biler. Bizde ise bele bir şey yoxdur. İster hekimler, isterse de psixoloqlar hansısa psixoloqa getmeyi özüne sığışdırmır. İnsanlar arasında hetta indi-indi debe düşmeye başlayıb ki, psixoloqa deli getmir, normal şexsler de müraciet edir. Nece ki, mene heç bir psixoloq müraciet etmeyib, men de etmemişem. Amma ehtiyacım olmadığına göre yox. Tebii ki, teze başlayanda problemler olurdu – çox ağır hekayeler dinleyirsen. İlk başlarda bizim psixoloqlardan birine müraciet etmişdim ki, mende bele hallar baş verir. Artıq öhdesinden gelme temelini tuta bilmişem, neqativi bloklamağı bacarıram.

– Sosial şebekelerde fenomen birisiniz desek, yanılmarıq. Videolarınız paylaşılır, kimi tenqid edir, kimi hemfikir olduğunu bildirir. Daha çox neye göre qınanılırsınız? Sizce, qadınların sevimlisisiniz, ya kişilerin?

– Öten günlerde bir şerh oxudum: Xanımların Hikmet Hacıyevi varsa, kişilerin de psixoloqu var – Samire Bağırova. O qeder güldüm ki, bu cümleye. Men feminist biri deyilem, yaxud da birterefli danışan biri. Paylaşımlarımda hem kişilerden, hem de qadınlardan söz açıram. Meselen, axırıncı paylaşımlarımdan biri qadınlarla bağlı idi, bu defe beyler meni qınamağa başladılar. Hemin videoda qeyd etmişem ki, el qaldıran, şiddet gösteren kişilerden uzaq durmaq lazımdır ve kişilerin tenqidi ile üzleşirem. Bu artıq o kişilerdir ki, onlar bunu edirler, serf etmir onlara. İnsanlar danışaraq hell edir meseleni, şiddetle, mühakime etmekle, lağa qoymaqla, tehqir etmekle deyil. Men ola biler kişilerden danışım, yaxud xanımlardan, cütlüklerden, aile meselelerinden, valideyn-uşaq münasibetlerinden. Kiminse qebul etmemesi ve ya eksi normaldır. Beyinler ferqlidir, kimese serf edir, kimese yox. Hamının seni sevmeyi normal deyil. Kimse sene nifret etmirse, sen maraqsız birisen.

– Haqqınızda en çox rastlaşdığım şerhlerden biri de Türkan Şoraya benzedilmeyinizle bağlı idi. Benzeyirsiniz, yoxsa özünüzü benzedirsiniz? O aktrisaya heyranlıq var?

– Açığı, Türkan Şoraya heyranlığım olmayıb. Menim anam onun fanatı idi. Xatırlayıram ki, anam hemişe Şorayın “Arım, balım, peteyim” filmine çox baxırdı. Amma uşaqlıqda çox çirkin olmuşam. Ümumiyyetle, meni qıza oxşatmırdılar. Deyirdiler guya özümü benzetmekden ötrü emeliyyat etdirmişem. 15-20 ilin şekillerini paylaşdım gördüler ki, ele hemen dövrden beleyem. Bizde çox qızlar bir-birine benzeyir, ona göre de normaldır. Bilerekden özümü Türkan Şoraya benzetmirem. Makiyaj edirem, oxşarlıq özü-özünden yaranır. Mene dediler makiyajsız şekil paylaş, etdim, yene oxşatdılar. Eslinde men Ancelina Coliye oxşamaq isteyerdim. Amma bilerekden nese edim, yox. Bir-iki defe Türkan Şoray makiyajı etmişem.

– Emeliyyatlardan söz düşmüşken, bu gün qadınların ekseriyyeti estetik emeliyyatlara meyllidir. Artıq “hamı bir-birine oxşayır” deyenlerin sayı da artıb. Niye qadınlar bir-birine benzemeye üstünlük verirler?

– Dünyanın her yerinde veziyyet beledir, tek bizde deyil. Deyerdim ki, en böyük bedbextlikdir. Sovet döneminde biri tutaq ki, jaket geyende hamı ondan istifade etmeye çalışırdı. Çünki yox idi ve kiminse üstünde görende hesed aparırdıq. Daha sonra geyim çoxaldı ve eksi oldu. Toylara gedende xanımlar öz paltarından kimdese görende depressiya yaşayırlar. Amma qeribe de olsa, görünüş meselesinde hamı bir-birine benzemeye başladı. Bununla bağlı en çox yeniyetmeler yanıma gelir, valideynleri getirir ki, 15-16 yaşı var ve burun emeliyyatı etdirmek, çene uzatmaq isteyir ve s. Eger çox qabarıq şekilde problem varsa, kompleks yaradırsa, etdirsin, özgüveni de berpa olur. Ancaq meselen, şekil getirirler ki, men buna oxşamaq isteyirem, bu artıq psixoloji durumdur. Boşluq var orda, diqqet, sevgi ekslikliyi var. Bir xanım emeliyyata ehtiyacı olmadığı halda, onu edirse, bununla bitirmir, növbeti emeliyyat isteyecek. Burda psixologiyanı yoluna qoymaq lazımdı. Axı sen bir başqasan ve bele olmaq daha keyflidir. Her kes qoy özüm kimi olum, beyenen onsuz da beyenecek deye bilmelidir. Sen özünü qebul edirsense, hamı qebul edecek.

– Samire xanım, cemiyyetimizde cinsi meselelerle bağlı boşluq var. Hansısa sebebden danışmağa utanırıq. Sebeb nedir, niye özümüze yaraşdırmırıq?

– Çox ayıblayırlar. İki il önce, bölgelerin birinde bir qız uşağı menstruasiya dövrü keçirse de, ne olduğunu bilmediyine göre intihar etmişdi. Bir ananın evinde qız uşağı böyüyürse, onu başa salmalıdır. Uşaqlarda 11 yaşından etibaren heyatla bağlı suallar yaranmağa başlayır. Ele sizden önce, bir xanım müraciet etmişdi ki, oğlumun 5 yaşı var, sürtünmeleri olur, men onu nece müalice ede bilerem. Vurmaq, qışqırmaq, döymek olmaz, o uşaq başa düşmür axı. Sen ona ha denen ki, olmaz, bedeninde geden reaksiyadır, nece başa salasan? Fikrini yayındırmaqla, nağıl danışmaqla ve s. Bu dönem bir de 13-14 yaşlarında, yeniyetmelik zamanında baş verir. Tez inkişaf eden uşaqlar da var. Bununla bağlı valideyn, ana xeberdarlıq etmelidir. Yaxud oğlandırsa, ata ile oğul arasında söhbet olmalıdır. Meselen, tualet terbiyesi var – uşaq vaxtı analar qızlarına, atalar ise oğullarına öyretmelidir. Elece de yeniyetmelik döneminde müeyyen meseleler başa salınmalıdır. Çünki çox müraciet edenler var. 23-25 yaşında gelir deyir ki, men intihara qerar vermişem, döze bilmirem, bu yükü özümle daşıya bilmirem. Niye? 13-14 yaşım olanda masturbasiya döneminde qonşu uşaqla sürtünme olmuşdu, demeli geyem. Bu adam özünü derk etmir.

Yanlış informasiya alırlar, ordan-burdan, internetden. Hemin sürtünme dönemini yaşayan xanımlar da var. 13-14 yaş bedenin oyanma vaxtıdır, insan özü de bilmeden masturbasiyaya başlayır. Qızların bir-birilerinden xoşları gelir sürtünme yolundan istifade edirler. Sonra gelir ki, men lezbiyanam. Deyilsen. O ele bir dönemdir ki, ferqinde olmayıb, sublimasiya ede bilmeyib ve bilmeden qonşu qızı, xala qızı , ya kimlese bu proses başlayıb. Bele olan halda, derhal eynicinsli olduqlarını, normal olmadıqlarını düşünürler. Oğlandırsa deyir “qadın ruhundayam”, qızdırsa “kişi ruhundayam”. Hemen merhelenin öhdesinden gele bilmir. Çünki hara baxırsan, eynicinsli münasibetlerden danışılır, reklam olunurlar. Mesele budur. Valideyn mütleq şekilde övladına başa salmalıdır, eger yolunu bilmirse, psixoloqdan yardım istemek lazımdır.

Dini baxımdan deyirler ki, günahdır, siz insanları sehv yola yönlendirirsiz. Xeyr. Bir insan özüne toxunub özünü qebul etmelidir. Eger bunu etmirse, özüne qarşı yadlaşma gedir. Orqanizminde ne baş verirse, insan onu bilmelidir, normaldır. Bunu o qeder ayıblayırlar, qloballaşdırırlar ki… Xarici ölkelerde qızlar masturbasiya döneminde artıq cinsi elaqeye girirler. Bizde axı mentalitet var, müselman ölkeyik. Ona göre de 18 yaşdan icaze verilir ki, bu bedenin telebatı ödenmelidir – ya evlilik yolu ile, ya da masturbasiya.

– Uşaqları ve yeniyetmeleri vurğuladığınız. Amma qadınla kişi arasında da cinsi meselelerin müzakire edilmesi ile bağlı problemler var. Tutaq ki, qadınlar öz heyat yoldaşına seks ehtiyaclarını deye bilmir. Düşünür ki, desem, sabah mene “fahişe” deyer.

– Xanımlarla söhbet zamanı başa düşürem ki, hetta onların 90 faizi orqazmın ne olduğunu bilmirler. Qeribe de olsa deyecem. Xanımla kişi evlenir, ilk heyata qedem qoymağa hardan başlayır? Toy gecesinden. Yeni cinsellik insan heyatında önemli bir faktordur. Hetta dinimizde de var ki, evlendinse, sen xanımının isteklerini yerine yetirmelisen. Bizde amma perde o qeder qalındır ki, bir-birileri ile söhbet ede bilmirler, xeyanete üstünlük verirler. Kişiler xeyanet edende ikinci qadının yanında tam özleri olduqları kimidirler. Ailede başqadılar, özleri deyiller. Sanki bir rol götürürler üstlerine, cilde girirler. Olmazmı ki, sen ele öz heyat yoldaşının yanında özün olasan? Ele temelden, ikiniz bir araya gelirsiniz ve ehtiyaclar, istekler barede danışırsınız. Beli, beyler var ki, xanım ondan çox şey teleb etdiyi zaman “bunları hardan bilirsen”, “demek ki, melumatın var” deyecek. Psixologiyada insan tiplere bölünür – temperament tipleri var. Kimse passivdi, kimse aktivdi ve ya daha ehtiraslıdır. Bu artıq onun genetikasından gelir. Bu baxımdan evvelden bunlar danışılmalıdır, bele olarsa, eksine bir-birilerine daha da bağlı olacaqlar. Bizde “qadınla bele şey danışılmaz, olmaz”, “qadın az bilmelidir”, “övladımın anasıdır” fikri ön plandadır. Arvad kimi baxırlar, amma xanım kimi yox.

Yene temele gelecem – valideynler uşaq böyüdende ona özününkü kimi baxır. “Menim uşağımdı, özüm bilerem”. Xeyr. Dünyaya getirilen her uşaq senin deyil, cemiyyetindir. Sabah o hansısa bir şirketin işçisidir, kiminse yoldaşıdır ve ya xanımıdır, valideyndir. Qız uşaqlarını böyüdende onu “arvad” kimi yetişdirmek lazım deyil. Kişi de elece. Evlenenden, uşağı olanda, qarın qabağa gelenden sonra kişi status daşıyır. Olmazmı ki, sen uşaqlıqdan buna kişi deye müraciet edesen. Bu sözlerle ona mesuliyyet yükleyirsen artıq. Qız uşağına “sabah ana olacaqsan” demekdense, ilk növbede “sen xanımsan” demeliyik. Bele olan halda, o, xanım kimi davranmağa başlayacaq.

– Kişiler heyat yoldaşlarına yaraşdırmadığı şeyleri başqalarında, hetta homoseksuallarda bele tapmağa çalışırlar. Buna sebeb nedir?

– Çünki onlar qorxurlar. Özünün gizli, zeif terefleri var, onu göstermekden, xanımının gözünden düşmekden çekinir. İnsanın şüuraltında ne yatdığını bilmirik. Cinsi münasibet ele bir şeydir ki, ehtiyatlı davranmaq lazımdır. Bu gün pornoqrafiq videolar geniş yayılıb. Yeniyetmelerde xüsusile diqqetli olmalıyıq, onlar bu cür videolara baxdıqca şüuraltlarına nelerse yüklenir. Sabahısı gün cinsi münasibete girende onların yaşadıqları az gelmeye başlayır, başqa şeyler sınamaq isteyirler. Daha derine getdikce artıq insanlıqdan çıxmağa başlayır, normal cinsi münasibet cızığından çıxır, sade dilde desek, pozğunluqlara gedirler. Bunu qarşı teref qebul etmeye biler ve xeyal qırıqlığı yaşayar. Bu baxımdan qorxular var. Her şeyin heddi olmalıdır, balansı her yerde qorumaq lazımdır. Cinsi münasibetde de. Eger ağlına qeyri-adi bir şey gelirse, sen artıq onu sekspotoloqla müzakire etmeli, öhdesinden gelmelisen ki, niye mende normadan kenar hissler var.

Biz heç “seks” sözünü deye bilmirik. Halbuki bu söz kişi, qadın cinsiyyetini bildirir. Amma bizde “seks” intime yozulur. Hetta er-arvad sekspotoloqa müraciet edir. Sivil insanlar bu şekilde öz problemlerini hell edirler ki, xeyanet baş vermesin, aile dağılmasın. Amma digerleri kenarda görürler. Son günler baş veren bir sıra şeyler meni de çox teeccüblendirir.

Deyeceyim mesele artıq geniş yayılıb. Demeli, evli kişiler guya çox qadınla görüşür, yeni günde biri ile görüşürmüş kimi imic yaradır. İkinci telefonu da olur. Bir xanımla restoranda oturur, birine hediyye alır ve.s. Çevreye göstermekden ötrü, sanki bu, “babnik”dir. Eslinde ise gizli sevgilisi kişidir. Onu heç kim bilmir, bütün isteklerini, ağlasığmayan cinsi arzularını onunla heyata keçirir. Xanımı bunu qadınla tutsa bele, qoy ele bilsin ki qadındır. Maskalanırlar. Ona göre xanımlara deyirem ki, siz hele yoldaşınızı qadınla tutsanız, şükür edin.

– “Bütün kişiler xeyanet edir” – bu, tekce bizde deyil, ele dünyada da qeliblemiş fikirdir. Adeten, sebeb kimi onların yaradılışı meselesi ireli sürülür. Samire xanım, xeyanet etmeyen kişi var?

– Özüm de bunu bir neçe defe sorğulamışam: bütün kişiler xeyanet edirmi? Yox. Çox qeribe mesele var. Qadınlar xarizmatik kişileri sevirler. Xanımlar gelir ki, men ne deyirem, kişi razıdır, maraqsızdır, bir xarizması yoxdur. Bu sefer de biri gelir ki, menim heyat yoldaşım çox xarizmatikdir, dehşetli derecede qısqanıram, bütün xanımlar ona yazır, xeyanet edir. Xanımlar eslinde xeyanet eden kişilere daha meylli olurlar. Amma her xarizmatik kişi de xeyanet etmir. Bu yaxınlarda meselen, biri deyir ki, menim bir dostum var, o qeder gözel xanımı var, dominantdı, hamı bele birini elde etmek isteyer, ancaq kişi xeyanet edir. Çünki o xanım statusludur, dominantdır. Her bir kişi özünü Allah kimi hiss etmeyi sevir. Kişiler xeyanet etdiyinin yanında özünü statuslu sayır, üstün hiss edir. Amma yoldaşının yanında bunu ede bilmir. Kişiye özünü kral kimi hesab etmesi üçün icaze vermek de yanlışdır. Senden aşağı seviyyede olmasına icaze vermek de düzgün deyil. Qadın istese, kişini hem vezir eder, hem rezil. Çox fedakar olmaq da olmaz.

– Bes sizce, biz ne etsek, boşanmalar azalar?

– Qadınlar öz deyerini bilmeye başlayanda. Evvelki evliliklerde “başlıq pulu” var idi ve çox teessüf ki, bu, qızın valideynine çatırdı. Eslinde qıza verilmeli idi. Eger xanımlar müqavile ile evlenseler, öz şertlerini evvelde qoysalar, daha deyerli olacaqlar. Bizde niye ere gedirler? “Camaat deyecek ki, qız evde qaldı”, “artıq yükdü, yeyenimin biri azalacaq”. Keçmişde “başlıq pulu”, indi müqavile demekdir. Ata evinden gelen qız, uşağı senden qazanıb, düzdür? Müqavile esasında boşanma baş verse, xeyanet de azalacaq. Bizim millet digerlerine nisbeten, mala, mülke daha çox önem verirler axı, itirmek qorxusu daha çoxdur axı. Kişi bilende ki, pul itire biler, daha diqqetli davranacaq. Xeyanet olsa bele, yoldaşının üstünde esecek ki, pulumun yarısı getmesin. Londonda, ABŞ-da boşanan kişi lüt qalır. Britaniyada ümumiyyetle, en sonuncu kişi haqlarıdır, kişiden qabaq it gelir. Kişi sual ede biler ki, xeyir ola, sen onda menle pula göre evlenirsen. Ezizim, sabah sen mene xeyanet de edeceksen, uşaqla çölde de qoyacaqsan.

Heç bir qadın yaxşı kişiden boşanmır. Beyler deyecek ki, heç bir kişi yaxşı qadına xeyanet etmir. Xeyr, edir. Evvelden şertlerle evlenmek lazımdır. Sabahı gün uşaqla qalan qadın sıfırdan başlayır, bir işe başlamaq üçün elinde nese olmalıdır. Xanımlar özüne deyer verende boşanmalar da azalacaq. Sen çetin elçatan olsan, kişi de qedrini bilecek. Seni isteyirse, gözünü bağlayıb “sene her şey qurbandır” deyecek, müqavileye razı olacaq. Eks teqdirde, demeli malı-mülkü daha önemlidir. Qadında xeyanet meselesini hara fırlatsan da, kişinin boşluğuna gelir. Qadın qulağı boş qalmamalıdır. Ayda bir çiçek alsalar, özel günleri qeyd etseler, sebebsiz nelerse etseler, könlünü xoş tutsalar, qadın xeyanet etmez. Mütleq kişi boşluğu olur ki, bu yola el atırlar. Çoxu da peşman olur. Kişilerde ise xeyanetin milyon sebebi var. Meselen, deyir ki, men çox ehtiraslıyam, xanımım passivdir, ondan nese isteyirem, qebul etmir. Baxırsan ki, düzdür. Bir kişi qadınına natemiz olduğuna göre xeyanet edirdi. Kişi temizkardır, deyir ki, men eve girirem, qablar çirklidir, yer yığışdırılmayıb , eve el gezdirilmeyib, ancaq elinde telefon ve s. Hemin kişi boşanmır, amma xeyanet edir ve yanına getdiyi qadın temizkar olur. Bu da düzdür.

Valideynlerinin mecburiyyeti ile evlenenler de mütleq xeyanet edir. Men buna da cinsi istismar deyirem. Yeni valideyn isteyir deye, uşağını tecavüze mecbur edir. İstemediyin adamla evlenmek ne demekdir? Zorlanmaq demekdir, qebul etseler de, etmeseler de – valideynim isteyib deye men bu adamla yatmalıyam. Burada yüz faiz xeyanet var, qadın terefden de, kişi terefden de. Xeyanet birinci beyinde baş verir. Artıq yatağa girmek meselesi sondur. Ora çatana kimi beyninde qerarını verir. Kişilerde ani xeyanetler ola biler. Ancaq qadın xeyanete gelene qeder yüz defe ölçüb biçir, ne edeceyini bilir, ani olmur. Kişi içkili olduğunu deye biler, yaxud özünü itirdiyini, onlarda heyvani hisler oyana biler, ne etdiyini bilmez.

– Kişi bilmeden bu yola gedirse, onu xeyanet kimi qiymetlendirmemeliyik?

– Xeyanetdir. Başqa qadınla mesajlaşması da xeyanetdir. “Flört” başqa şeydir. Bu xeyanet sayılırmı? Yox. Bezi insanlar flört etmeyi sevir. Men hetta onlara çox ünsiyyetcil adamlar deyerdim. Ferqi yoxdur qadın ve ya kişilerle ünsiyyete girmeyi sevirler. Birinden nömreni niye götürürsen? Demeli beyenmisen. Dost? Xeyr, qadınla kişinin dostluğu yoxdur. Mümkün deyil. Qadın-kişi dostluğu simpatiya üzerinde yaranır, iki terefden birinin mütleq xoşu gelir, ona göre o dostluqlar baş verir. İstisna ola biler ki, bir teref lezbiyan, ya da geydir. Beyenme hissi olmasa, heç vaxt dostluq alınmaz.

– “Kişi eve qaçırsa, sebebkar qadındır, kişi evden qaçırsa, sebebkar yene qadındır”. Bütün mesuliyyeti qadının üzerine yüklemek ne derecede doğrudur?

– Qadının üzerine yüklemek lazımdır. Çünki qadın boğazdır, kişi başdı. Yer üzünde qadın qeder güclü mexluq yoxdur. Her şeyin temelini qoyan qadındır. Bezi qadınlar döyüldüyünden, söyüldüyünden şikayetlenir, halbuki icaze veren de özleridir. İlk başda sen dözmeseydin, ceza tetbiq etseydin, yerini bilecekdi. Xeyanete sen vadar etmisen. Qadın istese, kişini eve darta biler. Bir de var, eve bağlı olmayan kişiler. Söhbet normal insanlardan gedir. Xanımın hem gözelliyi, zekası, evdarlığı var, her şeyi yerindedir, ancaq kişi eve bağlı deyil. Bu artıq kişinin öz problemidir. Bu kişiler uşaq vaxtı heddinden artıq ata-ana davasının şahidi olanlardır. Bele insanlar eve gelmek istemirler. Bir oğlanla evlenende onun atası-anası haqqında fikirlerini bilmek lazımdır. Eger valideynlerine bağlı deyilse, öz ailesine qarşı da ele olacaq. Heddinden artıq anasına bağlıdırsa, o da yanlışdır. Bele yerde gelin-qaynana münasibetleri dehşetli dereceye çatacaq. Ana ile oğul mesafeli olmalıdır, amma elaqe qopmamalıdır.

– Homoseksuallıq meselesine toxunmaq isteyirem bir az. Bu, Ümumdünya Sehiyye Teşkilatının xestelikler siyahısında yoxdur. Psixoloq kimi nece düşünürsünüz, homoseksuallıq xestelikdir, yoxsa sonradan qazanılan verdiş?

– Verdişdir ve birbaşa psixoloji pozuntudur. İsteyir lezbiyanlar, transeksuallar olsun, isteyir geyler, biseksuallar olsun, hamısının temelinde uşaqlığı ile bağlı travmaları var. Ümumi adı valideyn nezaretsizliyidir. Ya bayaq dediyim yeniyetme döneminde başa salanı olmayıb, ya istismara, tecavüze meruz qalıb, valideynleri terefinden atılıb. Tutaq ki, oğlan uşağı kiçik yaşlarında tecavüze meruz qalıb. Sen niye sonradan qadın olursan? “Men kişi olmalı deyildim, yanlış doğulmuşam” deyirsen?

Biri küçeye çıxıb “prezidentem, hamınız mene tabe olmalısınız” dese, onu aparıb delixanaya salacaqlar. Amma bir oğlan çıxıb deyir ki, men qadınam ve cinsiyyetini deyişir, buna normal baxırlar. Niye? Problem başqa bir şeydedir. Bezileri tecavüze meruz qalsa da, kişi kimi heyatını davam edir. Ferq burasındadır. Onsuz da uşaq vaxtı istismara uğrayan oğlan uşağında kişilik menliyi ölmüş olur. Meselen, 23 yaşında bir oğlan gelmişdi, heyatında heç bir münasibeti alınmır, çox aqressivdir, özüne qapanıqdır, insanlarla ünsiyyeti yoxdur. Sonra melum oldu ki, 11 yaşında olanda 14 yaşlı qonşu oğlan terefinden defelerle cinsi istismara meruz qalıb. Amma bu gey deyil, demir ki, içimde qadın ruhu var, normal kişi kimi heyatını yaşayır, tebii ki travması ile.

Evveller de bu olub, ancaq internet yox idi, mesele bu şekilde qabardılmırdı. Eynicinsli münasibet yaşayanlar eslinde heç de ele deyiller. Bu, onların şüuraltıdır. Gördükleri, dinledikleri tesir edir ve heyatında da uşaq vaxtı travması olubsa, artıq yönelir. Ola biler, istismar, tecavüz baş vermeyib, valideyn hamile vaxtı oğlunun olmasını çox isteyir, lakin qız övladı olur. Onu uşaqlıqdan oğlan kimi böyütmeye başlayırlar. Uşağın ne etdiyine valideyn nezaret etmelidir. Meselen, menim iki böyük qardaşımın ardınca men dünyaya gelmişem. Çox açıq bir şey danışacam. Men görürdüm ki, qardaşım ayaqyolunda ayaqüste işini görür, men de onu tekrar etmeye başlamışam. Tebii ki, anam mene qız olduğumu, bu şekilde etmemeli olduğumu izah edib. Yeni qız uşağı gelincikle oynamalıdır, eger maşına meyllidirse, bunu valideyn yönlendirir. Yaxud valideyn makiyajdan istifade edir, oğlan uşağı da onu tekrar etmek isteyir, ana buna icaze vermemelidir. Oğlan uşağını bacıların öhdesine buraxmamalısan, çünki qız kimi terbiye edecekler. Bunun kimi çox nümune çekmek olar. Temeli valideyn qoyur. İndiki zamana göre 10 gözün olmalıdır. Bu o demek deyil ki, sıxmaq lazımdır, yox. Sadece düzgün izahat vermeliyik.

– Son zamanlar gündemde olan mövzulardan biri de feminizm ve feministlerdir. Bu barede ne düşünürsünüz?

– Feministlerin bir qismi ya eynicinsli münasibet yaşayanlardır, lezbiyanlar, ya da ki mütleq şekilde kişilerden nese görübler – uğursuz nikah, uğursuz münasibet, yaxud dominant ananın qızıdır. Her şeyi Avropadan götürürük, evlilik öncesi müqavileni de götürün de. Çox dexlisiz şeyleri götürürler, feministlik filan. Feministlik bize uyğun deyil, ümumiyyetle, qebul etmirem. Çünki Azerbaycanda kişi bir pille qadından üstün olmalıdır. Her bir uğurlu kişinin arxasında güclü qadın var. Ve her bir uğurlu qadının heyatında uğursuz kişi olur.

Bir idareçi olar, iki neferle olmur. Qadın ve kişinin beraberliyi ortaya çıxdı, ondan sonra bizde problemler başladı. Bizde beraberliyi düzgün başa düşmürler. Bu o demekdir ki, qadın da işleye biler, kişi de, uşaq terbiyesinde qadın da, kişi de eyni iştirak etmelidir. Bizde axı ele deyil. Qadın terbiye verir, sabah gün bir sehv olanda “senin verdiyin terbiyedir” sözünü eşidir. Yox ezizim, o uşaq sene de aiddir, terbiyede sen de iştirak etmelisen. Beraberlik o demek deyil ki, sene olarsa, mene de olar. Ona olan sene de olsaydı, onda ikiniz de eyni cinsiyyet orqanı daşıyardınız.

Niye birinci kişi yaranıb? Eger beraberlik varsa, ikiniz de eyni vaxtda yaranardız da. Birinci kişi yaranıb, sonra qadının badına gedib. Düşünürem ki, idareedici bir nefer var, o da kişidir ve aile ona tabe olmalıdır. Qadın hemişe düzeliş edendir.

– Son olaraq, eger bir siyasetçi xalqın hislerine toxuna bilirse, çıxışlar edib ses yığırsa, bu artıq psixoloji gedişdir. Sizce, bir psixoloqdan mükemmel siyasetçi olarmı?

– Niye olmur ki. Men şexsen gelecekde millet vekili olmağı fikirleşirem. Xalq arasında olan biri seçilmelidir. Meselen, bu gün bizde meişet zorakılığı haqqında qanun qüvveye minmeyib. Milli Meclisde oturan bezi ağsaqqallar hele de başa düşmürler ki, nece yeni kişi qadına bir şille vuracaq, o da gedib şikayet edecek, kişiye ceza kesilecek. Yaxud uşaq ata-anasından şikayet edecek, ceza tedbirleri görülecek.

Bu gün ne qeder heyat yoldaşı terefinden öldürülen qadın var. Uzaqdan-uzağa tanış biri var idi, boşanmışdı, 7 ilden sonra keçmiş heyat yoldaşı gelib üzüne “kislota” tökmüşdü. Axı aile zemininde baş veren hadiseler var. Bunların heç birine baxmırlar ve deyirler ki, aile içinde olan söz-söhbetdir. Amma qanun qebul edilse, artıq her kes öz heddini bilecek.

Bilirsiniz, yanıma ne günde xanımlar gelir? Diş yox, döyülüb. Xanım var ki, 6 aydır hava nedir bilmir, çöle çıxmaq icazesi yoxdur. Meişet zorakılığı haqqında qanun qüvveye minse, hemin kişiye ceza düşür. Odur ki, riyaziyyat müellimi gelib icra başçısı ola bilir, psixoloq yox? Bu arada men 10 il teyyare beledçisi işlemişem. Çoxları yazır ki, bu axı teyyare beledçisi olub, bundan ne psixoloq çıxar? Çox gülünc bir yanaşmadır. Kim anasının qarnında nazir olur? Kim millet vekili olur? Müeyyen bir yere gelmek üçün merhelelerden keçmelisen. İnkişaf etmek isteyirem, niye sahemi deyişmeyim? Hele 2 ilden sonra harada olacam bilmirem. Siyaset meselesine gelince, belke 42 yaşımda filan niye de olmasın? Sınamaq olar./sfera.az/





Daha çoxu burada

Əlaqəli xəbər

Back to top button