Sağlamlıq

Tezyiqi aşağı salan en asan üsullar – Bunları etseniz…


Hipertansiyon adeten asemptomatikdir, buna göre de bir çox insanlar xesteliyinden xebersizdirler.

Simurq Festival Hipertoniyanın simptomlarına seher baş ağrıları, başgicellenme, burun qanamaları ve nizamsız ürek döyüntüsü daxildir.

Eger sizde yüksek tezyiq varsa, yalnız bir mütexessise müraciet etmemeli, hem de heyat terzinizi deyişdirmelisiniz. Qan tezyiqinizi aşağı salmaq heyat terzinizden çox asılıdır. Alkoqol ve siqaret kimi zererli verdişlerden uzaq durmaq vacibdir.

Arıqlamaq ürek-damar ağırlaşmalarının inkişaf riskini azaldır. Bel etrafı kişiler üçün 94 sm, qadınlar üçün 80 sm-den çox olmamalıdır.

Tedqiqatlar gösterir ki, meşq qan tezyiqini aşağı salmağa kömek edir. Heftede 5-7 gün gezinti, velosiped sürmek, üzgüçülük ve qaçış sağlamlığınızı qorumağa kömek edecek.

Ne qeder çox fiziki fealiyyet gösterseniz, qan tezyiqiniz bir o qeder normallaşacaq.

Bundan elave, yemeyinize diqqet yetirmelisiniz. Duz qebulunun azaldılması vacib şertdir. Bunun üçün hazır yemeklerden ve fast fooddan uzaq durmaq tövsiye olunur. Bunun evezine kaliumla zengin qidalar yeyin. Terevezler, xüsusile pomidor, kartof, bostan mehsulları, meyveler, o cümleden banan, avokado, portağal ve erik, süd ve qatıq kimi süd mehsulları, qoz-fındıq ve yağlı toxumlar, lobya, tuna ve qızılbalıq kaliumla zengindir.

Yüksek qan tezyiqi olan xestelere daha çox balıq yemek, terevez ve meyve qebulunu günde 300-400 qrama qeder artırmaq tövsiye olunur.

Bundan elave, yuxuya diqqet yetirilmelidir. 18-64 yaşlı insanlar günde 7-9 saat, 64 ve yuxarı yaşda olanlar ise 7-8 saat yatmalıdır. 23:00-dan evvel yatmaq meslehetdir.





Daha çoxu burada

Əlaqəli xəbər

Back to top button