Sağlamlıq

Qaxda daha iki aile göbelekden ZEHERLENDİ


Qax rayonunda daha iki ailenin 6 üzvü göbelekden zeherlenib.

Simurq Festival Rayonun Lekit kendinde yaşayan bir ailenin üzvleri, 1966-cı il tevellüdlü Malik Mesim oğlu Şıxemirov ve onun heyat yoldaşı 1972-ci il tevellüdlü Peri Qurban qızı Şıxemirova, ailenin gelini 1996-cı il tevellüdlü İlhame Şıxemirova ve Mehri Malik qızı Şıxemirova. 2005-ci il tevellüdlü zeherlenme elameti ile Qax Rayon Merkezi Xestexanasına yerleşdirilib.

Müayine zamanı melum olub ki, Şıxemirovlar ailesi göbelek yedikden sonra zeherlenib. Hazırda xestexanada Şıxemirovlar ailesinin müalicesi davam etdirilir.

Bundan başqa, şeher sakinleri Eldar Efendiyev ve heyat yoldaşı Seyyare Memmedova da göbelekden zeherlenme ile bağlı Qax RMX-ne müraciet edibler. Eldar Efendiyevin veziyyeti yüngül olduğundan ilkin tibbi yardım gösterildikden sonra buraxılıb, heyat yoldaşı Seyyare Memmedova ise xestexananın reanimasiya şöbesinde müalice alır.

Qeyd edek ki, oktyabrın 19-da Qax rayonunun Tasmalı kendinde yaşayan Mübariz Qasımov, oğlu 12 yaşlı Murad ve qardaşı oğlu 9 yaşlı İbrahimxelil Qasımzade göbelekden zeherlenibler. Her iki uşaq sonradan dünyasını deyişib. Hadiseden bir gün sonra Zaqatala rayonunda 3 nefer göbelekden zeherlenib./qafqazinfo/





Daha çoxu burada

Əlaqəli xəbər

Back to top button