Sağlamlıq

Dünenki ağır qezada xesaret alanların SON DURUMU


Paytaxt Heyder Eliyev Beynelxalq Aeroportu-Merdekan avtomobil yolunun Suraxanı dairesinde dünen seher saatlarında baş veren ağır yol qezasında yaralananların veziyyeti açıqlanıb.

Simurq FestivalAPA -nın melumatına göre, 3 saylı Klinik Şeher Xestexanasının Cerrahiyye Şöbesinden bildirilib ki, hazırda hemin xestelerde 4 xeste müalice olunur: “Xestelerden birinin alt ayağından amputasiya edilib. Kelle -beyin travması alan iki xeste müalicesine davam edir. Sonuncu xeste emeliyyat olundu ve ventilyatora yerleşdirildi.

Xestexananın reanimasiya şöbesine yerleşdirilen 10 neferin veziyyeti stabildir. Hemçinin 1 saylı Kliniki Tibbi Merkezde stasionar müalice alan 3 neferin veziyyeti stabil-ağır kimi qiymetlendirilir.

3 saylı Şeher Klinik Xestexanasının palatalarına yerleşdirilen 6 neferin veziyyeti stabildir.

Qeyd edek ki, dünen ağır yol qezasında 5 nefer ölüb, 25 nefer müxtelif beden xesaretleri ile xestexanaya yerleşdirilib. Qezanı töretmekde şübheli bilinen yük maşınının sürücüsü Mahmud Ezizov hebs edilib. Faktla bağlı Suraxanı Rayon Polis İdaresi terefinden Cinayet Mecellesinin 263.3 -cü (yol hereketi ve neqliyyat vasitelerinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki ve ya daha çox insanın ölümüne sebeb olduqda) maddesi ile cinayet işi başlanıb./Publika.az/





Daha çoxu burada

Əlaqəli xəbər

Back to top button