İqtisadiyyat

Pensiyaya çıxmaq isteyenlerin NEZERİNE – Mebleğ artdı


Azerbaycanda minimum pensiyanın hecmi ilden-ile artır ve bu artıma uyğun olaraq nezerde tutulan pensiya kapitalının hecmi de artır. Çünki minimum pensiya kapitalı 144 aylıq minimum pensiya ölçüsüne beraberdir. Milli Meclisde büdcenin müzakiresi zamanı pensiya kapitalı ile bağlı teklifler seslendirilib.

Simurq Festival Mövcud qanunvericiliye göre, Azerbaycanda orta pensiya 12 ildir. Vetendaşın pensiya kapitalı hesablanarken esas meyar kimi 12 illik müddet götürülür.

Pensiyalar aylıq ödenildiyi üçün 12 illik müddet 12 aya vurulur ve orta pensiya müddeti 144 aydır. Bele ki, minimum pensiya 200 manat olanda pensiya kapitalı 28 800 manat teşkil edir. Vetendaşın 28,8 min manat mebleğinde pensiya kapitalı toplandıqdan sonra minimum pensiya almaq hüququ var. Her il minimum pensiyanın artırılması fonunda bu alqoritme uyğun olaraq verilen pensiya kapitalının mebleği de artır.

Deputat Vüqar Bayramov “Xezer Xeber”e açıqlamasında bildirib ki, vetendaşlar üçün teleb olunan minimum pensiya kapitalının her il artırılmaması ile bağlı teklifler hazırlanıb. Deputatın sözlerine göre, bir çox ölkelerde bu teklifle bağlı mexanizmler var. Bu teklif qebul olunarsa, vetendaş pensiya yaşına çatana qeder hansı pensiya kapitalı toplamalı olduğunu evvelceden bilecek.

Qeyd edek ki, gelen il minimum pensiyanın 240 manat artırılması nezerde tutulur. Bu o demekdir ki, pensiya kapitalına telebat 34 560 manat teşkil edecek ki, bu da 5 760 manatdan çox yığım demekdir. Mövcud qanunvericilik deyişmezse, minimum pensiya artdıqca pensiya kapitalına telebat da artacaq.

Simurq Festival

VİDEO





Daha çoxu burada

Əlaqəli xəbər

Back to top button