İqtisadiyyat

Maaş ve pensiyalar ne vaxt ve ne qeder artacaq?


Gelen ilin dövlet büdcesinde ciddi deyişiklikler gözlenilir. 2022-ci ilde Azerbaycanda minimum pensiyanın mebleği 20 faiz artırılaraq 200 manatdan 240 manata, minimum emek haqqı ise 250 manatdan 300 manata çatdırılacaq.

Simurq Festival Gelen ilin dövlet büdcesi artıq komitelerde müzakire olunub ve gelen hefte plenar iclasa teqdim olunacaq. Milli Meclisin Emek ve sosial siyaset komitesinin sedri Musa Quliyev “Xezer Xeber”e gelen ilin dövlet büdcesinde edilen deyişikliklere münasibet bildirib. O bildirib ki, dövlet büdcesinin hem gelirlerinde, hem de xerclerinde artım var:

Deputatın sözlerine göre, sosialyönümlü xercler bu ilin büdcesinin 46,4 faizini teşkil edecek. En böyük artım tehsildendir ki, bu da ümumi büdcenin 13 faizini teşkil edecek. Sehiyye xercleri müsteqillik dövründe görünmemiş seviyyeye çatacaq ve 1,7 milyard manatdan çox olacaq.

Hemçinin minimum emekhaqqının ve pensiyaların mebleğinin artırılması nezerde tutulur ki, bu da vetendaşların sosial rifahının yükselmesine xidmet edecek.

Qeyd edek ki, hazırda pensiya üçün teleb olunan kapital 28 800 manatdır. Minimum kapitalın ölçüsü minimum pensiyanın 144-e vurulması yolu ile müeyyen edilir. Gelen il minimum pensiya 240 manat olarsa, pensiyaya çıxmaq üçün teleb olunan kapitalın mebleği 34 560 manata yükselecek.



Daha çoxu burada

Əlaqəli xəbər

Back to top button