İqtisadiyyat

Bu avtomobilleri almaq iki defe baha başa gelir


Son bir neçe ayda Azerbaycanda avtomobiller fantastik faizlerle satılır.

Simurq Festival“Xezer Xeber”in melumatına göre, vetendaşlara gündelik kredit şeklinde teklif olunan avtomobiller neticede iki defeden çox bahalaşıb.

Meselen, reklam platformasında satıcının teklif etdiyi avtomobillerin qiymeti 9-13 min manat arasında deyişir. İlkin ödeniş 1500 manat olmaqla 33 ay erzinde gündelik 25 manat olan avtomobil 26000 manatdan yuxarı qiymete satılır. Avtomobiller o qeder sade şertlerle teklif olunur ki, yalnız sürücülük vesiqesi ve cüzi ilkin ödeniş her kese onları elde etmeye imkan verir.

Avtomobili alan şexs onu idare etmek üçün etibarname verir. Bu etibarname ile avtomobili satmaq, girov qoymaq, başqasına vermek mümkün deyil. Alıcı ile satıcı arasındakı razılaşmaya esasen, ödeniş gecikdirildiyi halda satıcı avtomobili geri ala biler. Alıcı ödediyi pulun 1 manatını bele teleb ede bilmez.

Maşın bazarının eksperti Serxan Qedirov deyir ki, burada satıcıların esas geliri avtomobili iki defe baha satmaqdan deyil. Satıcıları varlı eden, ödeye bilmeyen alıcının geri qaytardığı avtomobilin yeniden satılmasıdır. Bezen külli miqdarda pul ödemiş vetendaş maşınsız qalır.

Qeyd edek ki, hazırda ölkede istehlak kreditleri üzre orta faiz derecesi 14,5 faiz teşkil edir. Lizinq kreditleri 40 faizdir, gündelik olaraq lizinq verildikde ise faiz derecesi 100 faizden yuxarı olur.

Simurq Festival

VİDEO





Daha çoxu burada

Əlaqəli xəbər

Back to top button