İqtisadiyyat

Azerbaycanda devalvasiya olacaq? – Merkezi Bankın sedri cavab verdi


Azerbaycan Merkezi Bankı (AMB) manatın mezennesi ve ölkede növbeti devalvasiya ehtimalına münasibet bildirib.

Simurq Festival “Report” xeber verir ki, bunu qurumun sedri Elman Rüstemov keçirdiyi metbuat konfransında deyib.

“Biz medianı izleyirik. Men de bele başlıqların haradan geldiyini düşünürem. Bu ittihamların heç biri peşekarlar terefinden ireli sürülmür. Mövcud makroiqtisadi şerait iqtisadi inkişafı destekleyir. Biz tediye balansında ehemiyyetli profisit gözleyirik. Bildiyiniz kimi, beynelxalq teşkilatlar neftin qiymetini xeyli qaldırıblar.

Bu gün İqtisadi Şurada Milli Meclisin senedleri müzakire olunub. Manatın mezennesine heç bir tehlüke, tezyiq yoxdur. Eksine, manatın möhkemlenmesi üçün ciddi tezyiqler var. Bu, bizim iqtisadi strategiyamıza uyğun deyil. Ona göre de ilin sonuna qeder bu tezyiqin azalacağı gözlenilir. Bele qeyri-peşekar yazılarla ehalini narahat etmeye ehtiyac yoxdur. Her kesi ciddi sosial mesuliyyet götürmeye çağırıram”.

Simurq Festival





Daha çoxu burada

Əlaqəli xəbər

Back to top button