İdman

“Sumqayıt” FK-nın teşkilatçılığı ile şehid övladları ile görüş keçirilib


8 Noyabr Qelebe Günü ile elaqedar “Sumqayıt” Futbol Klubu daha bir layiheye imza atıb.

Bele ki, “Kapital Bank Arena”nın iclas zalında 44 günlük Veten müharibesinde şehid olmuş qehremanlarımızın övladları ile görüş keçirilib.

Sumqayıt Belediyyesinin teşkilatçılığı, Sumqayıt İl Tehsil Şöbesi, Kontakt Home ve Pizza İNN restoranlar şebekesinin desteyi ile keçirilen tedbirde 30-dan çox şehid övladı iştirak edib.

Azerbaycan Respublikasının Dövlet Himni ve bir deqiqelik sükutla başlayan tedbir müxtelif şoular ve musiqi proqramı ile davam edib.

İclasda “Sumqayıt” FK-nın prezidenti Riad Refiyev, vitse-prezident Aydın Xelilov, “Kontakt Home” şirketinin marketinq şöbesinin müdiri Eli Veliyev, perakende marketinq şöbesinin müdiri Coşqun Zeynalov, klubun Müşahide Şurasının üzvleri Abdulla Memmedov, Telman Salahov ve metodist iştirak edibler. Sumqayıt İl Tehsil Müdirliyinden Cemil Feyyaz da qatıldı. Görüş zamanı iştirakçılara “Sumqayıt” FK ve Kontakt Home terefinden hazırlanmış xüsusi hediyyeler teqdim edilib, daha sonra Pizza İNN terefinden hazırlanmış müxtelif yemekler teqdim olunub.

Sonda xatire şekli çekdirildi.

Simurq Festival





Daha çoxu burada

Əlaqəli xəbər

Back to top button