İdman

Operativ Qerargah icaze verdi: Güleşçiler Azerbaycan çempionatına hazırlaşırlar


Nazirler Kabineti yanında Operativ Qerargah güleş üzre Azerbaycan çempionatının teşkilini qebul edib.

Simurq Festival Dekabrın 7-9-da serbest ve yunan-Roma güleşi üzre Azerbaycan çempionatı keçirilecek.

Milli komandaların seçimi olan ölke çempionatı Bakı İdman Sarayında keçirilecek. Azerbaycan Güleş Federasiyasının Gencler ve İdman Nazirliyi ile birge teşkil etdiyi yarışı beynelxalq ve milli dereceli hakimler qiymetlendirecek.

Çempionatın proqramına esasen, dekabrın 7-de yunan-Roma güleşi üzre 55, 60, 63, 67, 72, 77 ve 82 kiloqram çeki derecelerinde qalibler müeyyenleşecek. Yarışın açılış merasimi hemin gün saat 16:00-da başlayacaq. Ertesi gün klassik güleşde 87, 97 ve 130 kq, serbest güleşde 57, 61, 65 ve 70 kq çekide medal sahiblerinin adları açıqlanacaq. Son yarış gününde 74, 79, 86, 92, 97 ve 125 kq-da ölkenin en güclü serbest güleşçileri belli olacaq.

Qeyd edek ki, ölkede davam eden karantin rejimi ile elaqedar Azerbaycan çempionatı azarkeşsiz keçirilecek. Qeyd edek ki, öten il pandemiya sebebinden güleş üzre Azerbaycan çempionatı keçirilmemişdi. Bele ki, Emeliyyat Qerargahı qapalı zalda meşq ve yarışların keçirilmesini qadağan edib.

Simurq Festival

QALEREYA





Daha çoxu burada

Əlaqəli xəbər

Back to top button