İdman

Azerbaycanın yunan-Roma güleşi üzre millisi rekorda imza atdı


Norveçin Oslo şeherinde keçirilen güleş üzre Dünya Çempionatı başa çatdı.

Simurq Festival Azerbaycan Güleş Federasiyasından verilen melumata göre, dünya çempionatının son 4 günü klassik güleş üzre keçirilib.

Yunan-Roma güleşi üzre Azerbaycan milli komandası baş meşqçi Aleksandr Tarakanov, baş meşqçi Rövşen Bayramov ve meşqçi Hesen Eliyevin rehberliyi altında uğurla çıxış etdi. Belelikle, yığma 1 qızıl, 1 gümüş ve 2 bürünc medalla 107 xal toplayaraq komanda sıralamasında üçüncü oldu. Birinci yerde Rusiya (152), ikinci yerde İran (146) qerarlaşıb.

Belelikle, komandamız 6 illik fasileden sonra Dünya Kubokunda ilk üçlükdedir. Bundan başqa, Yunan-Roma güleşi tarixinde ilk defe olaraq Azerbaycan Dünya Kubokunda 4 medal qazanaraq rekord netice elde etdi.

Osloda Rafiq Hüseynov (82 kq) qızıl, Senan Süleymanov (77 kq) gümüş, Eldeniz Ezizli (55 kq) ve Murad Memmedov (60 kq) bürünc medal qazandı.

Simurq Festival





Daha çoxu burada

Əlaqəli xəbər

Back to top button