Həyat Tərzi

Müharibede bir qolunu itiren qazimize dostu toy etdi


Müharibe başlayanda könüllü olaraq herbi xidmete getdi. Qehremanlıqla vuruşdu ve bir qolunu itirdi. Sumqayıtda yaşayan Qazi Miragani bu gün toy etdi. Uşaqlıqda qohumlarını itiren veteranımız üçün dostlar ve tanışlar seferber edildi. En xoşbext gününde onu tek qoymadılar. Beyin dostu toyun bütün xerclerini öz üzerine götürdü.

Simurq Festival Xezer TV-ye istinaden xeber verir ki, bey Vağzalinin sedaları altında herbi geyimde parlamente daxil olur. Etrafda yalnız dostlar ve yeni tanışlar var.

Kadrlar Sumqayıtda İkinci Qarabağ müharibesi zamanı qolunu itiren qazi Mirağa Mirzezadenin toy meclisindendir.

Uşaqlıqda qohumlarını itiren Mirağanın toyunu yaxın dostu Xeyal Xelilov teşkil edib. Veteranımız Füzuli, Xocavend, Cebrayıl ve Qubadlı uğrunda döyüşlerde könüllü olaraq 44 günlük müharibede qehremanlıqla vuruşdu …

Qazimizin qürurunu dile getiren beyin ömür-gün yoldaşı Antiqa xanım evliliyinden memnun olduğunu söyleyir.

Toyun teşkilatçısı Xeyal Xelilov cütlüye xoşbextlik dileyir. Dostunun bütün vaxtlarında onun yanında idi ve sevincine sevinc qatdı.

Toy merasimine qatılanlar qazilerimize en xoş arzularını çatdırdılar.

Simurq Festival

VİDEO





Daha çoxu burada

Əlaqəli xəbər

Back to top button