Hadisələr

BSU-nun sabiq şöbe müdiri telebelerden 226 min manat rüşvet almaqda ittiham olunur


Bakı Slavyan Universitetinin (BSU) elave ve qiyabi tehsil kafedrasının keçmiş müdiri Durdana Eliyevanın cinayet işi üzre mehkeme prosesi davam etdirilib.

Simurq Festival APA -nın melumatına göre, Bakı Ağır Cinayetler Mehkemesinde hakim Eli Memmedovun sedrliyi ile keçirilen prosesde mehkeme istintaqının başladığı elan edilib.
Prokuror ittiham aktını elan etdi.

İttihama göre, teqsirlendirilen şexs Bakı Slavyan Universitetinin Elave ve qiyabi tehsil kafedrasının keçmiş müdiri olduğu zaman 2018-2021-ci illerde 123 telebeden tehsil haqqı adı ile ümumilikde 226 min manat alıb.

Eliyeva Cinayet Mecellesinin 178.3.2 (külli miqdarda deleduzluq), 32.4, 312.2 (rüşvete tehrik etme), 311.1 (rüşvet alma) maddeleri ile ittiham edilib.

Daha sonra Durdana Eliyeva ittihamlarla özünü qismen teqsirli bilib.

Mehkeme prosesi sentyabrın 6 -da davam edecek.

Qeyd edek ki, Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarize Baş İdaresi Bakı Slavyan Universitetinin (BSU) Elave ve qiyabi tehsil kafedrasının müdiri, dosent Durdana Eliyeva ile bağlı araşdırma aparıb.

Durdana Eliyevanın qanunsuz hereketleri ile bağlı çoxsaylı şikayetler araşdırılıb. Onun baresinde Cinayet Mecellesinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla töredilmiş deleduzluq), 32.4, 312.2 (rüşvete tehrik etme), 311.1 (rüşvet alma) maddeleri ile cinayet işi başlanıb.

Simurq Festival





Daha çoxu burada

Əlaqəli xəbər

Back to top button